16 Dekabr, 2014
Azərbaycanlı İŞİD-ə kələk gəldi - TƏFƏRRÜAT

Döyüşlərə qoşulmaq bəhanəsi ilə İŞİD-dən 1500 dollar alan Ehtiram İslamov pulu da götürərək aradan çıxıb.

Musavat.com-un məlumatına görə, bu xəbəri eşidənlər heyrətə gəlib. Azərbaycandan İstanbula gedərək İŞİD-ə qoşulmaq istədiyini deyən Ehtiram İslamov adlı dələduz İŞİD-in azərbaycanlı qrupu ilə əlaqə saxlayıb. İŞİD maddi ehtiyacı olduğu üçün həmyerlimizə 1500 dollar ödəyib.

E.İslamov yenidən İŞİD döyüşçüləri ilə alaqə yaradaraq 11 nəfər olduqlarını deyib. İŞİD-in azərbaycanlılardan ibarət qrupu bu şəxsdən şübhələnib. E.İslamov isə aradan çıxaraq izini itirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!