16 Dekabr, 2014
ADİU Anadolu Universiteti ilə əməkdaşlıq edəcək

Bu gün Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Simsar.az-ın məlumatına görə, ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə iki universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, ADİU əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.

Qeyd: 1958-ci ildə təsis edilən Anadolu Universiteti 17 fakültə üzrə kadrlar hazırlayır. İki milyon tələbəsi olan ali təhsil ocağı Türkiyənin ən böyük distant təhsil fakültəsinə malikdir.

Aysel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!