16 Dekabr, 2014
Fərhad Göçər yenidən Gəncəyə gəlir - FOTO

Simsar.Az xəbər verir ki, Dünya Azərbaycanlılarının həmrəyliyi günü,  Yeni il ərəfəsində Gəncə şəhərində möhtəşəm xalq konserti təşkil olunacaq.


Dekabrın 22-i icra hakimiyyətinin təşəbbüsü ilə baş tutacaq bayram tədbirində tanınmış türk müğənnisi Fərhad Göçər canlı orkestrinin müşaiyəti ilə ən sevimli hitlərini ifa edəcək.

Bir neçə dəfə Gəncədə konsert proqramı ilə çıxış edən Göçər səhnəni Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva,  Brilliant Dadaşova, eləcə də əməkdar artist Natiq Şirinovun rəhbəri olduğu ritm qrupunun üzvləri ilə bölüşəcək.



Şahin Cavadsoy
Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!