16 Dekabr, 2014
Əlikram Bayramov şəxsi həyatından danışdı - FOTOLAR

Simsar.Az xəbər verir ki,  bu gün müğənni Əlikram Bayramov sözləri Bəxtiyar Vahabzadə,  musiqisi Emin Sabitoğluna məxsus olan "Durna qatarı" mahnısına çəkdirdiyi klipinə təqdimat edib. Bir neçə müddət öncə səhnədən uzaq düşmüş müğənni jurnalistlər qarşısında ilk dəfə şəxsi həyatından danışdı : "Ailəmdə problemlər yaşanırdı. Detalları açıqlayıb o günlərə qayıtmaq istəmirəm.  Şükür olsun ki, hər şey geridə qaldı. Bəziləri yoxluğumdan maksimum yararlanaraq səhnədəki yerimi tutmağa çalışdılar. Mən çox güclü insanam. Depressiyaya güc gəldim. Və bu gün də cəsarətimi toplayıb sizin qarşınızdayam".

Ruslan Səmədovun aranjeman etdiyi mahnını rejissor Natiq Novruzov ekranlaşdırıb. Təsirli süjet xətti olan klipdə bir kişi ölmüş həyat yoldaşının yoxluğu ilə barışa bilmir. Mahnının sözlərinə uyğun olaraq Əlikramın özü də xəzana qərq olan meşədə kamera qarşısına keçib.

Klipin operatoru Rizvan Əhmədovdur.

Şahin Cavadsoy

Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!