16 Dekabr, 2014
"Əvf fərmanı hazırlanır” – Novella Cəfəroğlu

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı gözlənilən Əfv fərmanı hazırlanır”.

Bu barədə Simsar.az-a Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu məlumat verib.

Tiflisdən yeni qayıtdığını deyən hüquq müdafiəçisi bildirib ki, yaxın günlərdə komissiya üzvlərinin görüşü baş tutacaq: “Fərmanın nə zaman imzalanacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur”.

Qeyd edək ki, hər il prezident İlham Əliyev tərəfindən 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əvf fərmanı imzalanır.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!