15 Dekabr, 2014
3 otaqlı evdə yanğın - Şəmkirdə

Simsar.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!