15 Dekabr, 2014
“Oskar”a namizədlər açıqlandı

87-ci Oskar mükafatının əsas kateqoriyası olan ən yaxşı film nominasiyasında 323 film yarışacaq.

Simsar.az xəbər verir ki, bu barədə məlumat Amerika Kinematoqrafiya İncəsənəti və Elminin rəsmi saytında yayılıb.

Məlumatda 114 tammetrajlı filmdən ən yaxşı soundtreklərin seçiləcəyi də bildirilir.

Qeyd edək ki, 87-ci Oskar film mükafatı üçün namizədlərin tam siyahısı yanvarın 15-də təqdim olunacaq. Qaliblərin elan edilməsi və mükafat mərasimi isə 2015-ci ilin fevralın 22-də Hollivudda baş tutacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!