15 Dekabr, 2014
Prezident general rütbəsi verdi - Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.K.Kərimova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilib.

Prezident İlham Əliyevin digər sərəncamına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfov və Səxavət Böyükbala oğlu Əsədova “Əməkdar mühəndis” fəxri adı verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!