15 Dekabr, 2014
Nazarbayev Ermənistanla bağlı sənədə imza ata bilər

Rusiyanın baş naziri Dmitri Medvedyev Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Simsar.az Qazaxıstan yerli mediasına istinadən xəbər verir ki, görüş zamanı Nazarbayev Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması prosesindən də danışıb: “Dekabrın 23-də Moskvada görüş olacaq. Biz Ermənistanın AİB-ə qoşulması barədə sazişi təsdiqləyəcəyik. Ola bilsin həmin vaxta Qırğızıstanla olan sənəd də təsdiqlənsin”.

Qeyd edək ki, Ermənistanın AİB-ə qoşulması barədə saziş oktyabrın (october) 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

AİB-in yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!