15 Dekabr, 2014
Qaldırıcı kranla evlənmə təklifi edən gənc binanı uçurdu

Hollandiyada bir gənc aşiq sevgilisinin evinin pəncərəsinə enərək Şekspirin pyeslərindəki kimi  serenada oxuyub evlənmə təklifi etmək üçün bir inşaat fimrasından qaldırıcı kran kirayələyib.

Simsar.az xəbər verir ki, romantik dəqiqələr başladıqdan qısa müddə sonra tarazlığını qoruyub saxlaya bilməyən kran gənc qızın qonşusunua aid mənzilin damına düşüb. Kranın ağırlığına tab gətirməyən binanın damında böyük bir oyuq açılıb. Heç kiin yaralanmadığı hadisədən sonra evlənmə təklifi edən gəncin, qəzaya rəğmən “hə” cavabı aldığı və sevgilisi ilə Parisə uçduğu öyrənilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!