Neft Daşlarında təmir işi aparan şəxs yıxılaraq suda boğulub.
Simsar.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Bakı şəhər sakini Simran Məhərrəmov Pirallahı rayonunda Neft Daşlarının 4 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus meydançada təmir işləri aparan zaman halı pisləşdiyindən dənizə yıxılaraq suda boğulub.
Faktla bağlı araşdırmalar aparılır.