15 Dekabr, 2014
Tarlada tapılan balina cəsədi hər kəsi şoka saldı

ABŞ-ın Utah əyalətindəki Farminqton şəhərində dənizdən yüzlərlə kilometr uzaqlıqda yerləşən tarlaların birində 12 metr uzunluğunda balina cəsədi tapılıb.

Simsar.az xarici mətubata istinadən xəbər verir ki, hadisənin şahidi olan 69 yaşlı süd satan kişi polisə məlumat verib. Süd satan qarşılaşdığı bu hadisənin gənclərin bölgə sakinlərini qorxutmaq üçün hazırladığı bir zarafat adlandırsa da polislər bunun imkansız olduğunu, balinanın cəsədini bura gətirmək üşün istifadə edilən hər hansı bir vastiənin izinə rastlanmadığını bildirib.

Farminqton polisin rəisi Terri Davson deyib ki, hadisə həqiqətən də çox əsrarəngizdir: “Belə bir hadisə şəhərimizdə ilk dəfə baş verir və heyvanın dənizdən bu qədər uzaq məsafədən bura necə gəldiyinə dair heç bir fikrimiz yoxdur” deyib. Bölgə xalqı arasında ən çox diqqə çəkən nəzəriyyə isə yad planetlilərin nəhəng heyvanı qaçırıb araşdırdıqdan sonra bölgəyə atdığı nəzəriyyəsidir. Mütəxəssislər isə “Yad planetlilər xaricində məqbul bir açıqlama tapa biləcəyimizdə əminik” deyib.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!