15 Dekabr, 2014
ABŞ Konsulluğunu Sidneydən təxliyyə edib

Dövlət Departamenti Avstraliyanın Sidney şəhərindəki ABŞ konsulluğunun təxliyyə edilməsini təsdiqləyib.

Simsar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda qurumun təmsilçisi Cen Psaki bəyanat verib: "ABŞ vətəndaşlarına fövqəladə hadisə baş verən rayona getməmək məsləhət görülüb. Biz Sidneydə baş verənləri diqqətlə izləyirik".

Xatırladaq ki, dekabrın 15-də səhər saatlarında Sidney şəhərinin mərkəzində Mərkəzi Bankın yaxınlığında "Lindt" dükan-kafedə 40-a yaxın müştəri və müəssisənin işçiləri yaraqlılar tərəfindən girov götürülüb.

Polis yaraqlılarla girovların buraxılması ilə bağlı danışıqlar aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!