13 Dekabr, 2014
Astara Seçki Dairəsinin tərkibində dəyişiklik

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Simsar.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 11 dekabr tarixli iclasın protokolu təsdiq edilib.

Daha sonra 2014-cü il 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 77 saylı Astara Seçki Dairəsinin tərkibində dəyişiklik edilib.

İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!