13 Dekabr, 2014
“Seçkini 39263 müşahidəçi izləyəcək” – MSK sədri

“Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 min 263 nəfərin müraciəti qeydə alınıb”.

Simsar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı duruma əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri deyib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Dairə Seçki Komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb: “Sabahdan etibarən ucqar rayonlar ərazisində yerləşən Dairə Seçki Komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!