13 Dekabr, 2014
İspanlar məşhur məscidi kilsə etdilər - Fotolar

İspaniya Mədəniyyət və İdman Nazirliyi qalmaqallı qərar qəbul edib.

Simsar.az CNN-ə istinadən xəbər verir ki, nazirlik ölkənin tanıtımı üçün hazırlanan broşürlərdə qədimi  Kordova məscidini kilsə kimi qeyd edib. Həmçinin nazirlik çapdan çıxaracağı kitablarda da məscidin adını kilsə ilə əvəz edəcəyini bildirib. Bu dəyişimə ölkədə yaşayan müsəlmanlar etiraz edib.

Məsələ ilə bağlı İspaniyanin dini xadimi Demetrio Fernandez açıqlama verib. Dini rəhbər Kordova məscidini kilsə adlandırıb, bu “kilsə”nin xristianlara böyük xidmətləri olduğunu bildirib.

İspaniya Mədəniyyət və İdman Nazirliyi kilsənin müraciəti üzrə bu addımı atdıqlarını qeyd ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!