13 Dekabr, 2014
“Neftçi” Balayevə əvəzləyici tapdı

Topaz Premyer Liqasında çempionluğa iddialı olan “Neftçi” klubu heyətinə yeni futbolçu qatıb. Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “flaqman” qapı xəttini gücləndirib.

Emil Balayevin “Ayntraxt”a keçidindən sonra “ağ-qaralar” Aqil Məmmədovla razılaşıblar. “Bakı” ilə yollarını ayıran gənc qolkiper yeni klubu ilə 2016-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!