13 Dekabr, 2014
Şəkidə iki VAZ toqquşdu: Ölənlər və yaralılar var

Şəki rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, dekabrın 12-də saat 10 radələrində Şəki rayonunun Birinci Biləcik kəndində kənd sakini Təbriz Qurbanovun idarə etdiyi VAZ-2103 markalı və Qax rayon sakini Ramazan Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.

Hər iki sürücü hadisə yerində ölüb. T.Qurbanovun 2 sərnişini, habelə R.Məmmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!