13 Dekabr, 2014
Emil Balayev rəsmən “Ayntraxt”da

“Neftçi”nin və Azərbaycan millisinin qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Simsar.az xəbər verir ki, bu barədə “Neftçi” Futbol Klubu məlumat yayıb. Xəbərdə Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayevin adı çəkilən komandanın şərəfini qoruyacağı bildirilir.

Xatırladaq ki, 20 yaşlı qapıçı bir müddət əvvəl baxışdan keçmək üçün Frankfurt klubunun düşərgəsinə yollanmışdı.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!