13 Dekabr, 2014
"Səməd, qıçlarını sındıraram, mənim çörəyimə bais olsan" - VİDEO

Hər zaman şou əhlinin geyiminə, ifasına nöqsan tutan Əli Mirəliyevin qırmızı kambinizonda görüntüləri yayılıb

Aşağıdakı videodan aydın görünür ki, Mirəliyev ətrafdakıları təhqir edir.

Simsar.az xəbər verir ki, görüntülərdə Əli Mirəliyev rol aldığı "Yumurta" komediyasının yaradıcı qrupu ilə dalaşır. Çəkilişlər zamanı rejissor ona bildirib ki, rolun öhdəsindən yaxşı gələ bilmir. Yaradıcı qrupun üzvlərindən biri isə deyib: "Səməd müəllim xalq artistidir. O, qırmızı şalvar geyinib kamera qarşısına çıxmaz".

Bu söz Mirəliyevi özündən çıxarıb. O qarşısına çıxan hər kəsi söyüb. Səməd Səmədova xitabən "Səməd, qıçlarını sındıraram, mənim çörəyimə bais olsan", - deyib.

Azərbaycanın 20-dən çox tanınmış komediya aktyorunun çəkildiyi "Yumurta" filmi yaxın günlərdə kinoteatrlarda olacaq.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!