13 Dekabr, 2014
Millət vəkili cizgi filmi ssenarisi yazacaq

Millət vəkili Fazil Mustafa Nuru Paşa ilə bağlı cizgi filmi çəkmək təklifini ictimailəşdirib.

Simsar.az-ın verdiyi xəbərə görə, deputat bildirib ki, təklif dostlarından biri tərəfindən irəli sürülüb: "İstər Azərbaycandan, istər Türkiyədən bu işə sponsor tapa bilərəm. Azərbaycanda rəsmi səviyyədə yəqin ki, bunu etməzlər. Nuri Paşaya münasibət göz qabağındadır. Bakını azad edib, bizləri qətliamdan qurtarıb, dövlət yaratma şansı verib, bizsə adının ən sadə formada belə əbədiləşdirilməsinə qarşı dirəniş göstəririk. Türkiyədə həll etmək mümkündür. Orada bunun çəkilişini gerçəkləşdirənlər tapılar".

Deputat ssenari üçün müsabiqə elan edib: "Ssenari məsələsinə gəldikdə isə ola bilsin ki, qabiliyyəti olan və Paşanın ruhu qarşısında özünü borclu sayan Azərbaycanın yaradıcı adamları öz layihələrini hazırlaya bilərlər və onların içindən birini seçmək olar. Bu sahədə özümü sınamasam da, əgər hansısa uyğun layihə ortaya çıxmasa, bu işi özüm gerçəkləşdirməyə çalışacağam. Yaxın zamanlara bunu nə yolla olursa olsun, gerçəkləşdirməyə çalışacağam".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!