12 Dekabr, 2014
Separatçı rejimin spikeri saxlanıldı

Qondarma Donetsk Xalq Respublikasının Ali Şurasının sədri Boris Litvinov həbs olunub.

Simsar.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Litvinov və onun köməkçisi Lydia Serqeyev separatçı rejimin Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Onun saxlanılmasının səbəbi bilinmir.

Rusiya mətbuatı yazır ki, Boris Litvinovun həbsi separatçı rejimin "baş çekist"i Sergey Petrovski tərəfindən verilib:

"Çünki Boris Litvinov qondarma Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsinə real namizədlərdən biri idi".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!