12 Dekabr, 2014
Papa Dalay Lamanı qəbul etmədi

Simsar.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə 14-cü Nobel Sülh Mükafatı Sahiblərinin Zirvə Toplantısı üçün Romada olan Dalay Lama bu vəsilə ilə Papa Fransisko ilə bir araya gəlmək istəyib.

Ancaq ruhani liderin bu tələbinə Vatikandan müsbət cavab gəlməyib. Buna səbəb olaraq isə Müqəddəs Məqamın Çin Xalq Respublikasını qarışdırmaqdan qaçması göstərilir. Müqəddəs Məqamın beləcə Dalay Lama və Pekin arasında yarım əsrdən çox davam edən gərginlik içində yer almaq istəmədiyi ismarıcını verdiyi bildirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!