12 Dekabr, 2014
Bakıda bədii gimnastika yarışları keçiriləcək

Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və şəhər çempionatı keçirilir.

Simsar.az xəbər verir ki, qalib adı uğrunda ən gənc gimnast qızlar mübarizə aparırdı. 2006-cı il təvəllüdlü gimnastlar arasında birinci yeri Cahan Əsədova tutur. 2005-ci il təvəllüdlü idmançılar arasında Selcan Hacızadə qalib gəlib, 2004-cü il təvəllüdlü iştirakçılar arasında isə Arzu Cəlilova fərqlənib.

Dekabrın 12-də bu idman kompleksində həm də 1-ci Regionlar Kuboku keçirilir. Mükafat uğrunda Göyçay, Kürdəmir, Qusar, Sumqayıt və Xırdalan nümayəndələri mübarizə aparırlar.

Bakı çempionatı və Azərbaycan birinciliyi 2002-2003-cü və 1999-2001-ci illər təvəllüdlü gimnastların çıxışları ilə başa çatacaq.

 

 

 

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!