12 Dekabr, 2014
40 nəfəri öldürən cinayətkar tutulub

Brazilya polisi Rio de Jenerioda 2005- ci ildən bəri 40-dan çox adamı öldürməkdə şübhəli bilinən adam həbs olunub.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, Seylson Xose das Qreysas bir qadını bıçaqlayaraq öldürdükdən sonra tutulub. Polis məmuru tutulan şəxsin 37 qadını, 3 kişini və 2 yaşlı bir qız uşağını qətlə yetirdiyini bildirib.Polis: “Qurbanlarını bıçaqlayaraq, ya da boğaraq öldürdüyünü deyən cinayətkar bu cinayətləri həqiqətənmi işləyib, yoxsa hamısını uydururmu? Bunları tapmağa çalışacağıq” deyib.

Polis Pedro Henrique Medina bildirib ki, cinayətkar sərbəst buraxılarsa cinayət işləməyə davam edəcək: “Xüsusilə ağ dərili qadınları öldürmək hobbisi var”

 

Günel

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!