12 Dekabr, 2014
Sayğaclara pul yüklənilməsi bloklanacaq

“Azəriqaz” müştərilərinə xəbərdarlıq edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə “Modenis” MMC məxsus E-manat və “Komtec” LTD məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014 tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3-saatlıq fasilələr yaranacaq.

Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!