12 Dekabr, 2014
Fırtına Kaliforniyada həyatı iflic etdi

Amerikanın Kaliforniya ştatının şimalı güclü yağış və fırtınanın təsiri altına düşüb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, son illərdə quraqlıqla mübarizə aparan bölgə dünəndən etibarən başlayan yağış və fırtınaya məruz qalıb. Aşırı yağan yağış və fırtına Kaliforniyada həyatı iflic edib.

Son 10 ilin ən güclü yağışının gözlənildiyi günlər haqqında əvvəlcədən məlumat verilən San Fransisko bölgəsində məktəblərdə tətil başlanılıb. 155 min insan elektriksiz qalıb. Körfəzdə yerləşən bir çox şəhərdə ağaclar yıxılıb və çox saylı avtomobil sular altıdna qalıb.

San Francisco-San Jose arasındaki 101 nömrəli yolun bəzi bölgələrində yağışın yaratdığı dərin gölməçələr tıxaclara yol açıb. San Fransisko hava limanında 236 uşuş təxirə salınıb.

Qeyri-sabit havaların hələ bir neçə gün davam edəcəyi bildirilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!