12 Dekabr, 2014
“Yaxşı Cazibə” nin Kamalına 20 il həbs tələbi

İstanbul 19 Ağır Cəza  Məhkəməsində “narkotik maddə alveri etmək, nakotikadan istifadə etmək və ya saxlamaq” cinayətlərində təqsirli bilinən 53 nəfər şübhəli arasında məşhur aktyorlar Kənan İmirzalıoğlu, Sarp Apak , Hakan Yılmaz və Engin Günaydının da olduğu 5-ci məhkəmə keçirilib.

Simsar.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik maddə alverində barmağı olduğu bildirilən məşhur komediya ustası Hakan Yılmaz məhkəmədə bunları deyib: “İmkan versəniz səhərə qədər danışaram, amma qısa danışacam. Mən sadəcə bir aktyoram. Çəkiliş meydançasında heç kim əsla narkotik maddədən istifadə edə bilməz. Bizim işimiz mətn əzəbərləməkdən ibarətdir.  Narkotikadan istifadə edən adam mətn əzbərləyə bilməz. Mən həftədə 120 saat mətn əzbərləyirəm” . Aktyorun “mənfəət məqsədiylə cinayətkar dəstəyə kömək etmək” cinayətindən 1-3, “narkotik maddə alveri etmək”dən 5-15 il və “narkotik maddədən istifadə etməklə” 1-2 olmaqla ümumilikdə 20 il müddətinə azadlıqdan məhrum olunması tələb edilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!