12 Dekabr, 2014
ADU-da yeni TƏYİNAT

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr departamentinə rəis vəzifəsinə təyinat olub. Simsar.az-ın məlumatına görə, həmin vəzifəyə departamentin əməkdaşı Şəfaqət Məmmədova təyin olunub. O, bu gün işinin icrasına başlayıb.

Qeyd edək ki, universitetin sabiq mətbuat katibi Zeynəb Kazımova bir müddət öncə Bakı Ali Neft Məktəbində ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!