12 Dekabr, 2014
Həmyerlilərimiz yaşayan kəndin məktəbi yandı - VİDEO

Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşadığı Qasımlı kəndində orta məktəb binası yanıb.

ANS TV-nin məlumatına görə, məktəb direktoru bildirib ki, sinif otaqları odun sobası ilə qızdırılır və hadisənin də sobadan qaynaqlandığı ehtimal edilir. Yanğının qarşısını vaxtında almaq mümkün olmadığından 550 kv m sahəsi olan 8 sinif otağından ibarət bina tamamilə yanıb.

Otaqlardan 4-nün əşyalarını çıxarmaq mümkün olsa da digər 4 otaq içindəki avadanlıqlarla birlikdə külə dönüb.

Yanan bina 45 müəllim və 360 şagirddən ibarət kollektivin yeganə tədris məkanıdır. Məktəbin qonşuluqda yerləşən və yanğına məruz qalmayan diğər binası qəzalı vəziyyətdə olduğundan 26 ildir fəaliyyətsizdir.

Marneuli rayon Təhsil Şöbəsindən bildirilib ki, kənddə tədrisin pozulmaması üçün Təhsil Nazirliyi bazar ertəsinədək lazımi qərar verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!