12 Dekabr, 2014
“Milli mədəniyyətimizin himayədarı”adlı - TƏDBİR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Muzeydən Simsar.az-a verilən məlumata görə, tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Ulu Öndərin şərəfli ömür yoluna həsr edilmiş, bəstəkar Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu” simfonik poeması əsasında rejissor Nazim Əkbərovun çəkdiyi film nümayiş olunub.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!