22 Aprel, 2011
“Gənclik və Dövlətçilik” forumu keçiriləcək

Fərid Şahbazlı: "Dövlətçilik maraqlarının hər şeydən öndədir"

“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının(UGT) təşəbbüsü ilə Bakıda “Gənclik və Dövlətçilik” forumu təşkil ediləcək. Təşkilatın sədri Fərid Şahbazlının məlumatına görə, forum 25 aprel saat 15.00-da Gəncliyə Yardım Fondun binasında baş tutacaq. Forumda Azərbaycan prezidentinin siyasətini dəstəkləyən gənc liderlər, millət vəkilləri, ziyalılar, KİV rəhbərləri iştirak edəcəklər. Gənclər Prezidentin rəhbərliyi ilə aparılan islahatlardan söz açaraq, dövlətçilik maraqlarının hər şeydən öndə olduğunu qeyd edəcəklər.

Forumda ölkədəki islahatlara dəstəyini ifadə etmək istəyən hər bir gənc iştirak edə bilər. Bunun üçün gənclər öncədən(050/055) 303 51 11 nömrəsinə zəng edib, iştiraklarını təsdiqləyə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!