11 Dekabr, 2014
“Qarabağ”dan avroliqaya şərəfli və şok vida - VİDEO

Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə  qarşılaşıb. “İnter” qrup lideri kimi  “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledici idi.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi.  Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.

"Qarabağ" - "İnter" matçı qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmanın 90+4 dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeydanın təmiz qolunu  hakim qeydə almayıb. Bu nəticə ilə "Qarabağ" avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, İtaliyada keçirilən  ilk oyundan “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğıub olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!