11 Dekabr, 2014
BATE antirekorda imza atdı

Belarusun BATE futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin bu günlərdə keçirilmiş yekun turunda İspaniyanın “Atletika” komandası ilə matçda 0:2 hesabı ilə uduzaraq, turnirdə antirekordu təzələyib.
Borisovo şəhərindən olan bu komanda turnirin qrup mərhələsində öz qapısından 24 top buraxıb və beləliklə, əvvəllər heç bir komandanın göstərmədiyi “rekord nəticəyə nail olub”.
Belarus çempionları Donetskin “Şaxtyor” komandası ilə iki matçda 12 cavabsız qol buraxıblar. Komanda öz meydanında keçirilən oyunda 7, səfərdə isə daha 5 top buraxıb. Portuqaliyanın “Portu” komandası isə Borisovo klubuna 9 qol “yükləyib”. Qrup mərhələsinin ikinci turunda Avropa Kuboku uğrunda “Borisov-Arena” stadionunda BATE ilə “Atletik” arasında keçirilən debüt matçında qalib gəlib (2:1), lakin göründüyü kimi, bu oyunda da öz qapısından top buraxıb.
UEFA.com saytında qeyd edilir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində buraxılmış qolların sayına görə əvvəlki antirekordun (22 top) sahibləri Zaqrebin “Dinamo” (2011/12) və Danimarkanın “Nordşelland” (2012/13) komandaları olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!