11 Dekabr, 2014
Lənkəranda partlayış baş vermiş evdə yanğın başlayıb

Lənkəranda partlayış baş vermiş evdə yanğın başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, yanğın saat 18.30 radələrində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda onlar yanğının lokallaşdırılması istiqamətində tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, Liman şəhəri, M.Ə. Rəsulzadə küçəsi, 167 ünvanında bu gün baş verən partlayış nəticəsində ev sahibi İsmayıl Zərbiyev, onun həyat yoldaşı  Elnarə Zərbiyeva, uşaqları Aysel, Kənan və Nərmin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəsətxanasına yerləşdiriliblər. Partlayış baş verən evin bir hissəsi isə güclü zərbədən dağılıb.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!