11 Dekabr, 2014
“Cihada 48 saat qalıb” - Dini liderdən açıqlama

İraqın şiə liderlərindən olan Muqtəda əs-Sədr Samarra şəhərində silahlı birləşmələrə “48 saat içərisində cihada hazır olun!” çağırışı edib.

Simsar.az xəbər verir ki, cihad çağırışı döyüşçülərə yazılı şəkildə təqdim olunub.

Çağırışda bildirilib ki, müqədəs Samarra şəhərində terrorçu və təkvirçilər üzündən ortaya çıxan təhlükəlı vəziyyəti nəzərə alaraq, 48 saat ərzində cihad təlimatını gözləməsini əmr edib.

Qeyd edək ki, şiə liderə tabe olan silahlılar Samarraya müqəddəs hesab olunan yerləri qorumaq üçün göndəriliblər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!