11 Dekabr, 2014
Rusiyada yeni pul vahidi yaradıla bilər

Rusiya Dövlət Dumasının deputatları “indiki rubla alternativ olacaq və iqtisadi sabitliyi təmin edəcək” yeni rus valyutasının yaradılması haqda düşünməyə başlayıblar.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə Dumanın Təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə komitəsinin üzvü Anatoli Vıbornoy bildirib.

“Bizdə tamamilə yeni, alternativ valyuta yaradıla bilər. Və ya valyutalarımızdan birini elə bir səviyyəyə qaldırmaq olar  ki, o, avro və dollara rəqib olar. O zaman vətəndaşlarımızın xarici valyutaya ehtiyacı da qalmaz”, deyə deputat qeyd edib.

Lakin onun sözlərinə görə, hələlik ideya sənədləşdirilməyib və konkret təşəbbüsdən danışmaq da tezdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!