11 Dekabr, 2014
Bakının mərkəzində “Qarabağ”a dəstək yürüşü başladı

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “İnter” oyunundan əvvəl “İmarət” fan-klubunun üzvləri Ağdam klubuna dəstək məqsədilə Bakının mərkəzində dinc yürüşə başlayıblar.

Qol.Az-ın xəbərinə görə, bu dəqiqələrdə metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən keçmiş “26”lar bağından başlanan yürüş metronun “İçərişəhər” stansiyasına kimi davam edəcək.

Yürüşdə “Qarabağ”a dəstək şüarları səsləndirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!