11 Dekabr, 2014
Yavər Camalov Türkiyə müdafiə nazirinin müavinini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə nazirinin müavini Hasan Kemal Yardımcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!