11 Dekabr, 2014
Keçmiş prezident Milli Banka rəhbər gətirilir

Ukrayna Banklar Cəmiyyəti ölkənin üçüncü prezidenti Viktor Yuşenkoya Milli Banka sədr postunu təklif edib.

Simsar.az xəbər verir ki, bu barədə Yuşenkonun mətbuat katibi İrina Vannikova özünün Feysbuk səhifəsində yazıb.

Vannikova onu da xatırladıb ki, Yuşenko bir dəfə Milli Bankın sədri olub. Məhz onun zamanında 1993-cü ildə inflyasiyanın qarşısı alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!