22 Aprel, 2011
Cəmi bir həkim ən yüksək nəticə göstərdi

5 tibb işçisi imtahandan kəsildi

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün keçirilən sertifikasiya prosesinin növbəti imtahan nəticələri bəlli oldu. Imtahan Səhiyyə Nazirliyi tərəfindən aparılır. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aprelin 20-də travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 39 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib.

İmtahanlarda iştirak edən həkimlərdən 34 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları mayın 4-də gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!