10 Dekabr, 2014
NATO Rusiya sərhədində

NATO öz hərbi təchizatını Rusiya sərhədlərinə doğru yaxınlaşdırır.

Simsar.az-ın məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov açıqlama verib.

Onun sözlərinə görə, hazırda Polşada, Baltika dənizi üzərində və Qara dənizdə NATO-nun quru, hava və dəniz silahlı bölmələri Rusiya sərhədlərinə doğru irəliləyir.

"Onlar bunu hərbi təlimlər adı altında edirlər", deyə Qerasimov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baltikyanı ölkələrdə NATO əsgərlərinin sayının artıralacağı ilə bağlı məlumatlar yayılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!