10 Dekabr, 2014
Kadırov Qərbi ittiham etdi

Çeçenistan lideri Ramzan Kadırov Qroznıda terror aktlarının maliyyələşdirilməsində şübhəli bilinənin soyadını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, bu haqda Çeçenistan Respublikasının başçısı “instaqram” hesabında yazıb.

"Aidiyyatı qurumlarda terrormuları maliyyələşdirmək üçün qərb xüsusi xidmət orqanları Əhməd Umarova pul göndərib. Kalyapin soyadlı şəxs isə həmin pulu terrorçulara çatdırıb. Yoxlamaq lazımdır, bu Kalyapin kimdir. Bu haqda araşdırma aparılır", deyə Kadırov bildirib.

Qeyd edək ki, dekabrın 4-də Qroznıda polis maşınını partladan və məktəbin binasını tutan yaraqlılara qarşı xüsusi əməliyyat keçirilmişdi. Rusiya istintaq komitəsi Qroznıda polislərə hücum faktı üzrə cinayət işi qaldırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!