10 Dekabr, 2014
İsrailin hərəkəti pislənildi

"Amnesty İnternational" təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini bildirib.

Simsar.az-ın məlumatına görə, bu həftənin əvvəlində açıqlanan hesabatda təşkilat İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyi vurğulanıb.

Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd edilir.

Xatırladaq ki, "Amnesty İnternational" təşkilatının noyabr ayındakı hesabatında da İsrailin yaşayış binalarına indiyə qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğu vurğulanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!