10 Dekabr, 2014
İlham Əliyev Astaraya 4.7 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Astara Rayon İcra Hakimiyyətinə 4,7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!