10 Dekabr, 2014
Həyat yoldaşı aktrisaya qadağa qoydu

İki ay bundan əvvəl gözlənilmədən iş adamı Əhməd Murad Çakanla nikah bağlayan aktrisa Öykü Çəlik şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Simsar.az xəbər verir ki, “TRT”də yayımlanan “Yaşıl Dəniz” adlı serialda rol alan Öykü həyat yoldaşının ona öpüşmə səhnələrində çəkilməyi qadağan etdiyini deyib:

“Onun məndən yeganə istəyi evləndikdən sonra öpüşmə səhnələrində çəkilməməyim idi. Mən də onun bu istəyini qəbul etdim. Həyat yoldaşım aktyor deyil, amma olsaydı, mən də başqası ilə öpüşməsini izləmək istəməzdim. Ona hörmət edirəm”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!