22 Aprel, 2011
Dünən və bu gün davam edən külək fəsadlar törədib

Bakıda şitlər qırılıb, şüşələr sınıb, bölgələrdən dağıntı xəbərləri gəlir

Dünən axşam saatlarından başlayaraq respublika ərazisində soyuq, güclü küləkli və yağmurlu hava müşahidə olunur.

Qələbə kinoteatrının, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında reklam şitləri qırılıb, bir neçə binanın şüşələri sınıb.
Məlumatlara görə, güclü külək bölgələrdə də müxtəlif fəsadlar törədib. Evlərin dam örtüklərinin uçması, ağacların qırılması ilə bağlı redaksiyamıza xəbərlər daxil olur.

Havanın anomal keçməsi ilə bağlı Ekologiya Nazirliyi ilə əlaqə saxladıq. Ordan isə bizə yalnız hava proqnozu haqqında xəbər verdilər.

Simsar.az saytı dünən və bu gün davam edən küləyin törətdiyi fəsadlarla bağlı xəbərləri gün ərzində yayımlayacaq.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!