22 Aprel, 2011
MİTİNQLƏRDƏ AD QAZANAN RƏİS MÜAVİNİ ÖZÜNƏ HAQQ QAZANDIRDI

Süleyman Nemətov: “Bu mənim üçün təhqirdir

İctimai Palatanın mitinqlərində Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov aksiya iştirakçılarına qarşı şəxsən zorakılıq etməsi barədə informasiyalara aydınlıq gətirib.

Rəis müavini “Yeni Müsavat” qəzetinə deyib ki, barəsində yayılan xəbərlər şər və böhtandır: “Mən belə xəbərləri təkzib edirəm, yalandır, böhtandır”.

Mitinqlərdən çəkilmiş foto və video görüntülərdə hərəkətlərinin diqqət çəkməsi faktına isə “fotamantajdır” cavabı verib.

S.Nemətov mətbuatda “işgəncələr kralı” kimi təqdim olunmasına da etiraz edib: “Bu, mənim üçün təhqirdir. Düşünən adam olsa, həmin sözü deməz. Saxlanılanlarla tam sivil qaydada, Azərbaycan qanunlarına uyğun olaraq davranılıb və bizim məhkəmə orqanları barələrində qanunamüvafiq tədbir görüb. Cəmiyyət onları yaxşı tanıyır, bilir ki, onlar bundan da artıq şər ata bilərlər”.

Anar İsaoğlu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!