9 Dekabr, 2014
Hərbi qərargah binasına hücum - 3 ölü, 7 yaralı

Yəmənin Hadramevt şəhərində yerləşən hərbi qərargah binasına hücum edilib.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, bomba ilə dolu avtomobil binaya daxil olub, bu zaman partlayış baş verib.

Partlayış zamanı 3 əsgər ölüb, 7 əsgərin isə yaralandığı bildirilir.

Polis faktla bağlı araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!