9 Dekabr, 2014
Olimpiya stadionunun inşası yekunlaşır – VİDEO

Möhtəşəm Olimpiya stadionunun inşası sona yaxınlaşır. İşlərin 90 faizi yerinə yetirilib.

Simsar.az-ın Sportpress.Az-a istinadən yaydığı xəbərə görə, arenada oturacaqlar quraşdırılıb və yaxın günlərdə stadionun giriş qapıları qoyulacaq. Stadionda VİP otaqların təmiri başa çatdırılıb. Bu günlərdə arenaya səs sisteminin quraşdırılması həyata keçirilir. Ot örtüyü üçün toxum səpilib və yaxın aylarda otun hazır olacağı gözlənilir. Olimpiya stadionunda bütün işlərin martın əvvəlinə qədər başa çatdırılacağı gözlənilir.

Qeyd edək ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu arenada keçiriləcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!